Direktorun 5-ci mərtəbədən atdığı xanım NAZİRİN QOHUMUDUR – FOTOLAR (YENİLƏNİB)

GÜNDƏM 11 dek 2018, 23:30

Bakıda baş verən dəhşətli cinayətin qurbanı olan Adelya Taxveli Gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumudur. “Qafqazinfo”ya daxil olan məlumata görə, 30 yaşlı Adelyanın anası nazirin xalası qızıdır.

Gənc xanımın Amerikada təhsil aldığı, həyat yoldaşı Ramiz Taxveli ilə sevərək ailə qurduğu bildirilir. Onların bu nikahdan iki uşağı var. Cütlüyün toyunda nazir A. Rəhimov və ailəsi də iştirak edib.

Adelyanın ata tərəfi də tanınmış nəsildir. Nənəsi Ədilə Namazova Tibb elmləri doktorudur. Adelyaya da onun adını qoyublar. Atası Azər Namazov isə ixtisasca həkimdir.

Sözügedən ailə bir müddət əvvəl medianın gündəminə mülklə bağlı gəlib. Adelyanın atası A. Namazov həyat yoldaşı (Adelyanın anası) Samirə Süleymanovadan şikayətçi olaraq hədə-qorxu ilə evinin əlindən alındığını bildirmişdi. Hətta tərəflər Səbail Məhkəməsində üz-üzə gəlmişdilər.

Image result for Azad Rəhimov

Qeyd edək ki, hadisə dünən saat 3 radələrində baş verib. “Buta Palace”nin art direktoru Ramiz Taxveli xanımı Adelya Taxvelini 5-ci mərtəbədən balkondan atıb. R.Taxveli narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

1nn

***

Dünən gecə saat 3 radələrində paytaxtın Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yaşayan Taxveli Adelya Azər qızı 5-ci mərtəbədə balkondan düşərək vəfat edib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilkin olaraq A.Taxvelinin intihar etdiyi zənn edilsə də, sonradan hadisənin cinayət olduğu ortaya çıxıb.

Onun həyat yoldaşı Ramiz Taxvelinin maşınına baxış keçirilən zaman bir ədəd kibrit qutusunda 5,6 qram marixuana aşkar edilərək görülüb. R.Taxvelinin tibbi müayinəsi zamanı onu psixi pozuntularının olduğu müəyyən edilib.

O, narkotik maddənin təsiri altında arvadını balkondan ataraq öldürdüyünü etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Baku.ws-in məlumatına görə,  Taxveli Ramiz Pərviz oğlu “Buta Palace”nin art direktorudur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top