Ziyafət Əsgərov: “O saxta video - montajı onu yayanların vicdanına buraxıram” — VİDEO

GÜNDƏM 10 dek 2018, 17:55
Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin son iclasında spiker Oqtay Əsədovla aralarında dialoqdan bəhs edən videonun saxta və montaj olduğunu bildirib.

Demokrat.Az-ın məlumatına görə, Ziyafət Əsgərov “Report”a müsahibəsində bildirib ki, bu, saxta video - montajdır.

“Bu saxta video - montajı onu yayanların vicdanına buraxıram. Mənim əxlaqım, tərbiyəm, yaşım və statusum heç vaxt imkan verməz ki, hörmətli Sədrimizə “sən” deyə müraciət edim”, - deyə, sədrib birinci müavini vurğulayıb.

Qeyd edək ki, son günlər bəzi internet resurslarında, sosial şəbəkələrdə Milli Məclisin spikeri ilə birinci vitse - spikeri arasında iclas zamanı parlamentin 100 illiyə ilə bağlı dialoq barədə video-audio material yayımlanıb.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top