Polislər rüşvət almamaq üçün Qurana and içdi

DÜNYA 09 dek 2018, 19:39

Özbəkistanın Daşkənd vilayəti hüquq-mühafizə orqanlarının əməkdaşları müqəddəs Qurana and içiblər ki, "rüşvət götürməyəcəklər" və "pul qoparma ilə” məşğul olmayacaqlar.

 

Demokrat.Az-ın məlumatına görə, "Azadlıq" radiosunun özbək redaksiyası yayıb.

 

Şəkil, hansında ki, Yukoriçirçiksk rayonu polis əməkdaşlarının "andiçmə" mərasimi əks olunub, sosial şəbəkələrin özbək seqmentində yayılıb.

 

Məlum səbəblərdən adının açıqlanmasını istəməyən əməkdaşlardan birinin sözlərinə görə polislərin "andiçmə” mərasimi rayonun baş imamının iştirakı ilə keçirilib.

 

Adı çəkilən rayonun polis şöbəsinin növbətçi inspektoru "andiçmə” mərasimi ilə bağlı redaksiyanın suallarına cavab verməyib və məsləhət görüb ki, yuxarı instansiyalara müraciət etsinlər.

 

Özbəkistanın Daxili İşlər Nazirliyinin əməkdaşı isə "Azadlıq" radiosuna bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının and mərasimi korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramı çərçivəsində, Özbəkistan prezidentinin müvafiq sərəncamının icrasının təminatı məqsədilə həyata keçirilir.

 

Demokrat.Az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top