Azərbaycanın iki idmançısı dünya reytinqinə başçılıq edir

İDMAN 04 dek 2018, 19:28
Dünya Güləş Birliyi (UWW) reytinq siyahısını yeniləyib.
 
Demokrat.Az xəbər verir ki, dünya və Avropa çempionatları, Qran-Pri turnirləri və başqa reytinq xalı verən yarışlarda qazanılan nəticələrə əsasən tərtib olunan siyahıda iki güləşçimiz liderlik edir.
 
Bunlar qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (-50 kq) və yunan-Roma güləşi üzrə millimizin gənc üzvü İslam Abbasovdur (-87 kq). Stadnikin 111, Abbasovun isə 89 xalı var.
 
Cəbrayıl Həsənov (-79 kq), Eldəniz Əzizli (-55 kq) və Rəsul Çunayev (-72 kq) II pillədə qərarlaşıb. Hər çəki üzrə ilk “onluq”da ümumilikdə 16, ilk “iyirmilik”də isə 29 güləşçimiz yer alıb.
 
Üçqat dünya çempionumuz Hacı Əliyev (-65 kq) VIII və Olimpiya çempionumuz Şərif Şərifov (-92 kq) IX sırada qərarlaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top