Millimizi Kosovada bir azarkeş qarşıladı - Futbolçularımız bu addımı atdı (VİDEO)

İDMAN 19 noy 2018, 11:17

Azərbaycan millisi Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 20-də Priştinada “Fadil Vokkri” stadionunda Kosovo yığması ilə qarşılaşacaq. 

 

Demokrat.Az BAKU.WS-ə istinadla xəbər verir ki, yığmamızı Kosovada cəmi bir azarkeş qarşılayıb. Azarkeş futbolçularımıza dəstək nümayiş etdirib. Bunu görən futbolçularımız bir-bir gələrək azarkeşlə görüşüb.

 

Qeyd eədk ki, Kosova-Azərbaycan oyununu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

 

Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördüncü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.

 

Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top