Dollarla bağlı mühüm PROQNOZLAR

İQTİSADİYYAT 13 noy 2018, 11:58

ABŞ valyutasının yaxın beş ayda ucuzlaşmasını proqnozlaşdırmaq düzgün deyil.


Demokrat.Az-ın xəbərinə görə, belə qənaətə “Bloomberg” agentliyinin sorğu ünvanladığı analitiklər gəliblər.


Ekspertlər hesab edirlər ki, dollar 2019-cu ildə ucuzlaşacaq, lakin bu, ilin ilk kvartalında baş verməyəcək.


Analitiklər əmindirlər ki, ABŞ valyutasına ABŞ Federal Ehtiyat Sistemi (FES) və əmək bazarındakı yüksək göstəricilər dəstək olacaq. Qeyd olunur ki, “Bloomberg”in dollar indeksi son 18 ayda ən yüksək həddə çatıb.


“Dollar ən yüksək göstəricilərə yaxındır. Lakin perspektivdə 6-12 ay ərzində hər şey əksinə ola bilər”, – “Credit Agricole” şirkətinin analitiki Valentin Marinov hesab edir. Onun fikrincə, dolların əsas dəstək amili ABŞ FES-in pul siyasətidir.


“Societe Generale” şirkətinin analitiki Kit Yukes də ABŞ FES-in siyasəti və məşğulluğun yüksək göstəricisinin dolları dəstəkləyən əsas amillərdən hesab edir. Onun fikrincə, ABŞ valyutasının ucuzlaşması 2019-cu ildə baş verəcək.


Analoji mövqeyə “Bank of America”nın mütəxəssisi Ben Rendol malikdir. O hesab edir ki, ABŞ iqtisadiyyatının artım tempinin yavaşlaması dolların ucuzlaşmasına səbəb olacaq. Bununla belə, onun fikrincə, Avropadakı problemlər və Brexit ABŞ valyutasının möhkəmlənməsinə kömək edəcək.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top