“Qarabağ” klubu azarkeşlərinə görə cərimələnib

İDMAN 12 noy 2018, 17:50

AFFA İntizam Komitəsi “Qarabağ” klubunu 800 manat məbləğində cəzalandırıb.

“Report” xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Qəbələ”ni 3:1 hesabı ilə məğlub etdikləri matçda Ağdam klubu azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsidir. Eyni zamanda “Qarabağ” fanatlarının olduğu sektorda oturacaqlar sındırılıb.

İntizam Komitəsi qərara alıb ki, “Qəbələ”nin təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödənilsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top