Qadın karateçimiz dünya çempionu oldu - TARİXDƏ İLK DƏFƏ

İDMAN 10 noy 2018, 23:16

Azərbaycanın qadın karateçisi İrina Zaretska İspaniyanın paytaxtı Madriddə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

 

“Report”un məlumatına görə, ukraynalı legioner finalda Feryal Abdeləzizi məğlubiyyətə uğradıb. Əvvəlki görüşlərində isə o, misirli, özbəkistanlı, isveçrəli, slovakiyalı və ukraynalı rəqiblərinə qalib gəlib.

 

Rafael Ağayev isə karyerasında ilk dəfə bürünc medal qazanıb. 75 kq çəki dərəcəsində yer alan təcrübəli idmançı 3-cü yer uğrunda görüşdə özbəkistanlı Dastonbek Otobolayevi üstələyib. Ağayev əvvəllər 5 dəfə dünya çempionu və 2 dəfə mundialın finalçısı olub.

 

Qeyd edək ki, bu gün Sahib Əhədov para-karateçilərin yarışında final görüşünə çıxacaq. Komanda kumite üzrə kişilərdən ibarət komanda isə noyabrın 11-də bürünc medal uğrunda mübarizə aparacaq.

 

Xatırladaq ki, bunadək dünya çempionatlarında bütün medalları kişi karateçilərimiz qazanmışdı. Bundan başqa, İrina beşqat dünya çempionu Rafael Ağayevdən sonra ilk karateçi kimi dünya çempionu tituluna yiyələndi. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top