Dünyada koronavirusa yoluxanların sayı 59 milyonu ötdü

DÜNYA 24 noy 2020, 08:56

Dünyada koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır.


“Qafqazinfo” “worldometers”ə istinadən xəbər verir ki, yeni növ koronavirusa yoluxma sayı artıq 59 milyonu ötüb ( 59,418,353)


Bu günə qədər ümumilikdə COVİD-19-dan 1 milyon 400 min 427 nəfər dünyasını dəyişib, 41 milyon 61 min 236 nəfər isə sağalıb.


Ən çox yoluxma ABŞ-da (12 milyondan çox), Hindistanda (9 milyondan çox), Braziliyada (6 milyondan çox), Fransada (2 milyondan çox) qeydə alınıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top