Şahmar İbadovun yerinə təyinat oldu

SOSİAL 23 noy 2020, 15:20

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının I müavini vəzifəsinə yeni təyinat olub.


Demokrat.az xəbər verir ki, onunla bağlı müvafiq əmr imzalanıb.


Əmrə əsasən, İradə Mahmudova icra başçısının I müavini təyin edilib.


İ.Mahmudova bu təyinata qədər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsində çalışırdı.


Qeyd edək ki, bundan əvvəl icra başçısının I müavini vəzifəsini Şahmar İbadov tuturdu.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top