"Paşinyan iki milyon dollara evini təmir etdirdi, qızına da xarici maşın aldı" — Ermənistan KİV-i

DÜNYA 23 noy 2020, 15:00

Ermənistanda siyasi böhrana uğrayan sosial üsyan başlayır. Ölən və yaralanan erməni əsgərlərin anaları hökumətdən maddi yardım tələb edirlər.


Xatırladaq ki, müxtəlif erməni siyasətçilərin etiraflarına görə, İkinci Qarabağ müharibəsi zamanı 5 minə yaxın erməni əsgəri öldürülüb, daha 10 mini isə yaralanıb.


"Qolos Armeni" qəzetinin qeyd etdiyi kimi, Ermənistan baş naziri Nikol Paşinyan "bu cür analar çoxdur və hökumətin hamısına kömək etmək üçün kifayət qədər pulu olmadığını" bildirib.


"Ancaq Paşinyanın ailəsinin bu gündə yaşadığı malikanəni təmir etmək üçün 2 milyon dolları, qızına xarici avtomobil almağa yarım milyon dolları tapılıb", - nəşr yazır.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top