Qalmaqallı icra başçısının birinci müavini vəzifəsindən çıxarıldı

GÜNDƏM 23 noy 2020, 13:10

Nərimanov rayon İcra başçısının müavini Şahmar İbadov vəzifəsindən azad edilib.


"MediaPost"un əldə etdiyi məlumata görə, 6 aydır işə çıxmayan Şahmar İbadov rəsmən vəzifəsindən kənarlaşdırılıb.


Qeyd edək ki, Şahmar İbadovun adı Kütləvi İnformasiya Vasitələrində (KİV) tez-tez neqativ yöndə hallanan bir məmur olub. 


Onun adı Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin üzvlərinin evlərinin mənimsənilməsində, oğlunun bahalı maşınla avtoqəza törətməsində və ən sonda hazırda xaricdə yaşayan, Azərbaycan hökumətininin əleyhinə çıxış edən Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və sabiq şöbə müdiri Əli Həsənovun diktəsiylə verilən mənzillərdə hallanırdı. 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top