"Barsa" "Real"ı meydana çıxmağa peşman etdi - "El Klasiko"da darmadağın

İDMAN 28 okt 2018, 21:12

İspaniya çempionatının "Barselona" əzəli rəqibi "Real"a böyük hesabla qalib gəlib.


Demokrat.Az-ın məlumatına görə, mövsümün ilk "El Klasiko"sunda Kataloniya təmsilçisi kral klubunu 5:1 hesablı darmadağınla məğlub edib.

İlk hissədən etibarən üstünlüyü ələ alan "Barsa" rəqibindən açıq-aşkar fərqlənməyi bacarıb. 

Bu prinsipial matçda uruqvaylı Luis Suarez het-triklə yadda qalıb. 

 


İspaniya La Liqası

10-cu tur 


"BARSELONA" 5-1 "REAL" 

Qollar: Koutinyo, 11; L.Suarez, 30,75,83; Arturo Vidal, 87 - Marselo, 50.


Kamp Nou stadionu : 93 265 nəfər  

 


Demokrat.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top