Müşfiq Ələsgərli "reket" baş redaktorun ona yönələn ittihamlarını əsassız saydı

GÜNDƏM 28 okt 2018, 14:33

Həbs edilən Realliq.info saytının baş redaktoru İkram Rəhimov oktyabrın 26-da Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən  həbs edilib. Bildirilir ki, baş redaktor ayrı-ayrı şəxslər haqqında rüsvayedici yazılar yaymaqla onlardan yüksək məbləğdə pul tələb edib.

 

Bununla bağlı öz saytında Prezident Admistrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova müraciət ünvanlayan İ.Rəhimov onun həbsinə Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin səbəb olduğunu bildirib. 

 

M.Ələsgərli Moderator.az-a açıqlamasında baş redaktorun ittihamlarına cavab verib:

 

“Biz İ.Rəhimova yazdığı qərəzli yazılara görə 2017-ci ildə xəbərdarlıq etdik. Həmin vaxt bizim quruma onunla bağlı çoxlu şikayətlər daxil olmuşdu. İ.Rəhimov isə ittihamları qəbul etmədi. Şikayətçilərin məhkəməyə müraciətindən sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən onun saytı bloklandı. Bundan sonra o, başqa sayt açdı. İ.Rəhimovun bizə qarşı ittihamları əssasızdır. Biz hüquq-mühafizə orqanı deyilik. Vətəndaşlar özləri Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edib və araşdırmalardan sonra İ.Rəhimov həbs edilib”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top