İzmirdəki zəlzələdə qurbanların sayı artdı — YENİLƏNİB

DÜNYA 01 noy 2020, 11:10

Türkiyənin İzmir şəhərində güclü zəlzələnin ağır nəticələri davam edir.

 

“Haber Global” məlumat verir ki, dağıntılar zamanı həyatını itirənlərin sayı 49-a çatıb.

 

Səkkiz binada axtarış-xilasetmə prosesləri davam etdirilir.

 

Zəlzələnin ardınca 40-ı 4 baldan çox böyük olmaqla, 850 avtoşok qeydə alınıb.

 

Bildirilir ki, yaralanan 896 nəfərin 682-si xəstəxanadan buraxılıb, 214-ünün müalicəsi davam etdirilir.

 

***

 

Türkiyənin İzmir şəhərindəki zəlzələ nəticəsində ölənlərin sayı 42 nəfərə çatıb.

 

Demokrat.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yayılıb.

 

896 nəfər isə xəsarət alıb. Dağıntıya məruz qalan 9 binada axtarış-xilasetmə işləri davam etdirilir.

 

***

 

Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 39-a yüksəlib, 885 nəfər xəsarət alıb.

 

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

 

Xatırladaq ki, oktyabrın 30-u İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə hiss edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top