Məşhur aktyordan Azərbaycana DƏSTƏK — "Könüllü şəkildə orduya qatılmaq istəyirəm"

ŞOU-BİZNES 31 okt 2020, 23:56

Türkiyədə yaşayan Azərbaycan əsilli məşhur aktyor Tamer Qaradağlı ölkəmizə dəstək olub.

 

Demokrat.az xəbər verir ki, aktyor “ATV səhər” verilişində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıb: “Biz Azərbaycanı başqa bir ölkə olaraq görmürük. Azərbaycan bizim qardaşımızdır. Hər zaman deyirik ki, bir millət, iki dövlətik. Bu çox önəmli fikirdir. Biz birlikdə daha güclüyük. Və Azərbaycana nə vaxt gəlsəm, mehriban və səmimi sevgi ilə qarşılaşıram.

 

Mən Azərbaycan əsilliyəm. Babam Azərbaycandan Türkiyəyə gəlib. Ona görə də Azərbaycana gələn zaman özümü başqa ölkədəki kimi deyil, öz Vətənimdə hiss edirəm. Nənəm Gəncədəndir. Uşaqlığımızda Azərbaycanın nə qədər gözəl ölkə olduğunu danışırdılar. Mən Azərbaycana bir az gec gəldim, bundan üç-dörd il əvvəl. Özümü öz evimdəki kimi hiss edirdim, dilimiz, yeməklərimiz, insanı münasibətlərimiz çox yaxındır”.

 

Aktyor ermənilərin Gəncədə dinc əhalini atəşə tutmasını da pisləyib: “Bunu qəbul etmək mümkün deyil. Müharibənin bəlli qanunları var, dinc əhaliyə, qadınlara, uşaqalara toxunmaq olmaz”.

 

Tamer Qaradağlı onu da deyib ki, Azərbaycan Ordusuna könüllü qatılmaq istəyir: “Amma yaşıma görə çağırmazlar. Təbii ki, orduya könüllü qatılmaq istəyərəm. İşğaldan azad edilmiş torpaqları görmək istəyirəm. Bütün azərbaycanlı qardaşlarımın yanındayam. Bu hər zaman belə olacaq. Necə ki, siz hər zaman bizim yanımızdasınız. Azərbaycan mənim baba torpağımdır”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top