Çaxalyan Gürcüstan vətəndaşlarını döyüşə çağırır — FOTO

DÜNYA 31 okt 2020, 23:43

Ermənistan ordusu Azərbaycana qarşı separatçılardan yararlanmaqda davam edir.

 

Demokrat.az “oxu.az”a istinadən xəbər verir ki, bu dəfə Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinin erməni separatçılarına rəhbərlik edən, Azərbaycan Baş Prokurorluğu tərəfindən oktyabrın 9-da haqqında cinayət işi açılmış Vaaqn Çaxalyan çağırış edib.

 

O, Gürcüstanın bu bölgəsində yaşayan erməniləri Qarabağda müharibəyə səsləyib. O, ermənilərin döyüşdən əvvəl təlim keçəcəyini bildirib və qoşulmaq istəyənlər üçün əlaqə nömrəsini öz “Facebook” hesabında yerləşdirib.

 

Qeyd edək ki, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşən Samtsxe-Cavaxeti bölgəsində etnik ermənilər yaşayır. Onlar bu bölgənin Cavaxeti (ermənilər Cavaxk adlandırırlar – S.M.) hissəsinə iddia edirlər, həmin əraziyə muxtariyyət verilməsini və ya Ermənistana birləşdirilməsini tələb edirlər.

 

Ermənilərin Gürcüstan vətəndaşı olan etnik ermənilərin xidmətindən istifadə etməsi isə digər təhlükələrə yol açır. Heç kim zəmanət verə bilməz ki, Qarabağda hərbi təlimlərdə iştirak edən etnik ermənilər daha sonra Gürcüstan üçün təhlükə mənbəyinə çevrilməyəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top