"İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb" — Ərdoğan

DÜNYA 31 okt 2020, 22:15

“Hazırda İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb, xəsarət alanlar 885 nəfərdir”.

 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu İzmirdəki təbii fəlakətin nəticələri ilə daha yaxından tanış olmaq üçün İzmirin Seferhisar rayonuna gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

R.T.Ərdoğan bildirib ki, yaralılardan 667-si evə buraxılıb, onlardan 218-nin hazırda müalicəsi davam edir: “Dağıntılar altında qalan 103 nəfər xilas edilib”.

 

Türkiyə Prezidenti deyib ki, zəlzələdən zərər çəkənlərin yaşayış və qida ehtiyaclarının yetərincə ödənməsi üçün tədbirlər görülür. Bununla yanaşı, o, təbii fəlakətin zərərlərini qarşılamaq üçün başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bir çox ölkələrdən dəstək təklifi, o cümlədən 88 ölkədən “keçmiş olsun” mesajı aldığını bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top