Ərdoğan zəlzələ bölgəsinə getdi

DÜNYA 31 okt 2020, 21:24

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin İzmir vilayətində zəlzələ baş verən bölgəyə gəlib.

 

Demokrat.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən qurulan koordinasiya mərkəzinə gələn Türkiyə Prezidenti ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.
 

Xatırladaq ki, oktyabrın 30-da Türkiyənin Egey vilayətində 6,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölkənin İzmir vilayətinin Bayraklı bölgəsində 17 bina dağılıb və ya tamamilə yararsız hala düşüb.


Son məlumatlara əsasən, ba verən yeraltı təkanlar nəticəsində indiyədək 35 nəfər həlak olub, 800-dən çox vətəndaş yaralanıb. Bəzi dağıntıların altında qalanların axtarış-xilasetmə işləri davam edir. /Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top