Nura Suri: "Ərə getmək üçün ölürəm" - FOTOLAR

ŞOU-BİZNES 27 okt 2018, 10:07
Müğənni Nura Suri “Sevgi romanı” adlı klipinin fotosessiyasını təqdim edib.
 
Yeni klipi haqqında açıqlama verən ifaçı çəkilişlərin iki gündə tamamlandığını deyib.
 
“Sevgi romanı” klipi bir az fərqli tərzdədir. Kliplərim arasında ilk dəfədir belə bir üsluba müraciət etmişik. Düşünürəm ki, heç də pis alınmayıb. Çünki bu gün hər kəs yeni və fərqli görüntülər istəyir. Ssenaridə, təbii ki, iki sevgilidən və onların gülməli obrazlarından bəhs olunur.
 
Çəkilişlər cəmi iki günə reallaşdı. Əslində, çox kaprizli və narahat insanam. Ona görə demək olar ki, hər bir kadra xüsusi diqqət göstərmişəm. Klipdə də görəcəyiniz kimi, sonda evlənmişəm.
 
Ümumiyyətlə, bizdə belədir. Sevdinsə, gərək ərə gedəsən. Mən də ərə getmək üçün ölürəm”, - deyə bildirib.
 
Qeyd edək ki, müğənninin fotolarını Niko Abbasov lentə alıb, retuş isə Alex Albalıyevə məxsusdur.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top