Deputat: “Cəbhədə Ordumuzun bizlərə yaşatdığı böyük qələbələrdən qürur hissi keçiririk”

SOSİAL 31 okt 2020, 20:17

İşğalçı Ermənistanın atdığı addımlar beynəlxalq hüquqa, ədalət prinsiplərinə ziddir. Ermənistan dövlət olaraq hər zaman açıq-aydın işğalçılıq siyasəti həyata keçirib. Düşmənin son təxribatları hərbi cinayətdir.

 

Bu fikirləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

 

Millət vəkili bildirib ki, Ermənistan bu günə qədər BMT qətnamələrini, Cenevrə konvensiyasının prinsiplərini dəfələrlə pozub:

 

"İşğalçı dövlət beynəlxalq hüquqla müəyyənləşdirilmiş qaydalara əməl etmir. Bu gün Ermənistan insanlığa qarşı cinayət aktları həyata keçirir. Düşmən Gəncədə, Bərdədə, Tərtərdə aramsız olaraq mülki obyektləri, dinc insanları hədəf alır. Düşmən tərəfindən qadağan olmuş silahlarla dinc insanların hədəf alınması insanlığa qarşı qətliam, hərbi cinayətdir. Bu gün Azərbaycan Ordusuna döyüş meydanında cavab verə bilməyən ermənilər silahlarını mülki şəxslərə qarşı yönəldir, öz tarixi xislətinə sadiq qaldığını nümayiş etdirir”.

 

Jalə Əliyeva qeyd edib ki, təcavüzkar Ermənistanın bu əməlləri cavabsız qalmır:

 

“Beynəlxalq təşkilatların ermənilərin cinayətlərinə hansı reaksiya verməsindən asılı olmayaraq, Azərbaycan düşməni özü cəzalandırır. Bu gün cəbhədə Azərbaycan Ordusu erməni silahlılarını tamamilə məğlub duruma salıb. Bu illər ərazində düşmən tərəfindən axıdılan günahsız qanların qısası alınıb və alınır".

 

Deputat diqqətə çatdırıb ki, Azərbaycan torpaqlarını beynəlxalq hüququn normaları əsasında azad edir:

 

“Dövlətimiz heç bir ölkənin ərazisini işğal etmir. Ökəmiz öz tarixi ərazisi daxilində mübarizə aparır. Cəbhədə Ordumuzun bizlərə yaşatdığı böyük qələbələrdən qürur hissi keçiririk. Bu qələbələrin əzmi ilə də sona qədər gedəcəyik”.Teleqraf

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top