İzmirdə təhsilə bir həftə fasilə verildi

DÜNYA 31 okt 2020, 18:20

İzmirdə baş verən 6,6 ballıq zəlzələ səbəbindən şəhərdə təhsilə bir həftə fasilə verilib.


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Təhsil Naziri Ziya Səlçuk öz tvitter hesabında məlumat verib.


"Yaraları birlikdə sağaldacağıq. İzmir vilayətində təhsilə bir həftəlik fasilə vermək qərarına gəldik. Təhsil ailəsi olaraq şagirdlərimiz, müəllimlərimiz, idarəçilərimiz və valideynlərimizlə çətinlikləri birlikdə dəf edəcəyik",-deyə nazir qeyd edib.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top