Bakıda avtomobil piyadanı vuraraq öldürdü

HADİSƏ 31 okt 2020, 17:24

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, oktyabrın 30-da saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini H.Mirzəyev idarə etdiyi  “Toyota” markalı avtomobillə yolu keçən 45-50 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi  tərəfindən araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top