Şəhid anası: "Əgər o əsgər yoldaşını yaralı qoyub sağ gəlsəydi..."

SOSİAL 31 okt 2020, 14:25

Şəhid anasının oğlunun dəfnində dediyi "Əgər o əsgər yoldaşını yaralı qoyub sağ gəlsəydi, haqqımı halal etməzdim" sözləri hər kəsi duyğulandırıb.


Demokrat.az xəbər verir ki, bununla bağlı Azər Alixanov adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.


O qeyd edib ki, şəhid anasının dediyi sözləri heç bir zaman unutmayacaq: "Ağstafamızın Qarayazı kəndində torpağa tapşırdığımız Şəhidimiz Salyayev Aqil Anar oğlunun anası Xədicə xanımın dediyi sözü ömrüm boyu unutmayacam. Əsgər yoldaşları deyəndə ki: "Aqil özü ayağından yüngül yara almasına baxmayaraq təhlükəli ərazidə qalan əsgər yoldaşını xilas etməyə cəhd edərkən düşmən gülləsinə tuş gəldi". Şəhid anası qürurla: "Əgər o əsgər yoldaşını yaralı qoyub sağ gəlsəydi, haqqımı halal etməzdim" dedi. Bu bir qəhrəmanlıq dastanının mövzusudur!".(yeniavaz.com)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top