Qarabağda döyüşməkdən imtina edən erməni əsgər ayağından güllələndi — VİDEO

SİYASƏT 31 okt 2020, 13:46

Qarabağda döyüşməkdən imtina edən erməni əsgər ayağından güllələnərək ölümə tərk edilib.


Bu barədə sosial şəbəkələrdə video yayılıb.


Bildirilir ki, Ermənistanın Çarentsavan şəhərindən hərbi xidmətə çağırılan Vaqa Abramyan, Qarabağda cəbhə bölgələrinin birində döyüşməkdən imtina etdikdən sonra, qəsdən ölümün onu gözlədiyi ən fəlakətli yerə köçürülüb. Buna görə Abramyan silahını orada qoyaraq səngərdən çıxıb.


Bundan sonra komandir tərəfindən aşkarlanan gənc ayaqlarından güllələnib və qanaxmadan ölməsi üçün səngərə atılıb.


Xilas olmağı bacaran Vaqa bir video hazırlayaraq, Ermənistanın gənc vətəndaşlarının Qarabağa cəbhəyə göndərilməsinə icazə verməməyə və gənclərin həyatını xilas etməyə çağırıb.(oxu.az)

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top