Məşhur muzey Trampın fiqurunu zibil qutusuna yerləşdirdi

MARAQLI 31 okt 2020, 09:52

Berlində yerləşən məşhur “Madam Tyusso” muzeyi ABŞ Prezidenti Donald Trampın fiqurunu zibil qutusuna yerləşdirib.


Bununla bağlı Almaniyanın “Stern” nəşri məlumat yayıb. 


Muzeydən bildirilib ki, ABŞ-da prezident seçkiləri ərəfəsində belə bir aksiya rəmzi xarakter daşıyır.


“Madam Tyusso” muzeyi olaraq biz ehtiyat tədbiri kimi Donald Trampın fiqurunu yığışdırmaq qərarına gəldik”, - açıqlamada qeyd edilib.


Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də baş tutacaq.(oxu.az)


Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top