Fransa prezidenti media azadlığını pozmaqda günahlandırılır

DÜNYA 26 okt 2018, 23:40

Fransa Prezidenti Emanuel Makron Yelisey sarayının Mətbuat xidmətini köçürtmək qərarına görə tənqid olunub.


"Report” "Bloomberg”ə istinadən xəbər verir ki, mətbuat otağını ilin sonunadək başqa binaya köçürtmək barədə xəbər yayılanda Fransa Prezidenti yanında Mətbuat Assosiasiyası jurnalistlərin meydançasını bağlamaq barədə birtərəfli qərarına görə dövlət başçısını sərt tənqid etməyə başlayıb. 


Təşkilatdan bu addımın mətbuat azadlığına xələl gətirdiyi bildirilib.


Fransa prezidentləri sarayında akkreditasiya olunmuş ölkə və xarici KİV-i təmsil edən Assosiasiya Yelisey sarayında jurnalistlərin hökuməti niyə bu qədər narahat etməsindən təəccübləndiyini ifadə edərək dövlət başçısını şəffaflıq ənənələrini pozmaqda, Yelisey sarayının sahibi kimi davranmaqda ittiham edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top