Güləşçimiz erməni idmançıya qalib gəldi

İDMAN 26 okt 2018, 22:13

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.


Demokrat.Az xəbər verir ki, yarışın 7-ci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.


Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov qırğız güləşçiylə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.


İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov 1/16 finalda erməni güləşçiylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçini də üstələyib.


Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarına heç bir şans tanımayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top