Səfirliyimiz önündə təxribat törədənlər müəyyən edildi

SİYASƏT 29 okt 2020, 23:23

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi önündə təxribat törədənlər müəyyən olunub. Onlar Rusiya qanunlarına uyğun olaraq cəzalandırılacaqlar.

 

Demokrat.az  Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən xəbər verir ki, oktyabrın 27-si saat 10:48-də səfirliyin inzibati binasının yaxınlığında Müslüm Maqomayevin abidəsinə yaxınlaşan iki naməlum şəxs postamentində dəmir zəncirlərlə möhkəmləndirərək anti-Azərbaycan yönümlü mətni olan lövhə yerləşdiriblər. Lövhə həmin gün saat 11:53-də aşkar edildikdən dərhal sonra oradan götürülüb. Bu faktla əlaqədar səfirlik dərhal bütün lazımi tədbirləri görən Moskvanın hüquq-mühafizə orqanlarına müraciət göndərib.

 

Səfirlik bu təxribatı törədənlərin müəyyən edildiyini və Rusiya Federasiyası qanunlarına uyğun olaraq ən yüksək səviyyədə cəzalandırılacaqlarını bildirib.teleqraf.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top