“Amnesty International” Ermənistanın kasset bombalarından istifadə etdiyini təsdiqlədi

SİYASƏT 29 okt 2020, 22:32

Bərdə şəhərinə endirilmiş raket zərbələrindən sonra “Amnesty International” İnsan haqları təşkilatı ilk dəfə Ermənistan tərəfindən qadağan olunmuş kasset mərmilərindən istifadə faktını təsdiqləyib.

 

Bu barədə qurumun saytı “Ermənistan/Azərbaycan: “Ermənistan tərəfindən kasset bombalarından “qəddar” və “düşüncəsiz” şəkildə ilk təsdiq olunmuş istifadə” başlıqlı yazı dərc edib.

 

Yazıda ötən gün yerli vaxtla 13:30 radələrində Bərdə şəhərinə bir və ya bir neçə “Smerç” raketinin atıldığı vurğulanıb.

 

Qurumun ekspertləri “Vice News”un müxbirləri tərəfindən çəkilmiş görüntüləri təhlil edib və kasset bombalarından istifadə faktını təsdiqləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top