Prezidentin köməkçisi: “Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz”

SİYASƏT 29 okt 2020, 21:17

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Ermənistanın Bərdə şəhərində dinc əhalini atəşə tutmasına münasibət bildirib.

 

Bu barədə Fuad Ələsgərov “Twitter” hesabında yazıb.

 

“Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın Bərdə şəhərindəki hədəflərini açıqladı və bununla da şəhərə iki gün ərzində endirilən raket hücumlarını qəbul etdi. Dinc əhaliyə açıq şəkildə böyük əzablar verildi, 25 nəfər öldürüldü, 70-dən çox yaralı var.  Müharibə cinayətlərinə heç bir bəraət ola bilməz”, - deyə F.Ələsgərov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top