Ermənistanda bir gündə 29 nəfər COVID-19-dan öldü

DÜNYA 29 okt 2020, 11:12

Ermənistanda daha 2 383 nəfərdə koronavirus aşkarlanıb.


Demokrat.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.


Bununla da Ermənistanda virusa yoluxanların sayı 85 034-ə yüksəlib.


Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 29 nəfər artaraq 1 272-yə çatıb. İndiyədək 53 257 nəfər infeksiyadan sağalıb.


Hazırda Ermənistanda 28 548 aktiv koronavirus xəstəsi var.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top