“İndi toy, mahnı oxumaq vaxtı deyil, indi silah götürüb döyüşmək vaxtıdır” — Əflatun Qubadov

ŞOU-BİZNES 28 okt 2020, 23:26

Oğlu və qardaşı hazırda cəbhədə döyüşən müğənni Əflatun Qubadov müharibədən danışıb.

 

Demokrat.az xəbər verir ki, müğənni indiki vəziyyətdə efirə çıxıb mahnı oxumağa utandığını bildirib: "Canımız,qanımız, malımız Vətənə qurban. Vətən uğrunda hər şeyə razıyıq! Mənim çoxlu vətənpərvər mahnılarım var, amma efirə çıxmıram, çünki şəhid analarından utanıram. İnşallah qələbə xəbəri gəlsin, onda efirə çıxacağam. Ancaq qələbədən sonra efirə çıxacağam. İndi toy, mahnı oxumaq vaxtı deyil, indi silah götürüb döyüşmək vaxtıdır”.

 

İfaçı qələbə xəbərinin tezliklə gələcəyini qeyd edib: "Bizim Ali Baş Komandanımız var. Biz qələbə çalacağıq. Hər bir qarış torpağımızı düşməndən azad edəcəyik! Mənim gəlinlərimin biri Qubadlıdan, digəri də Ağdamdandır. İnşallah Qarabağ bütünlüklə işğaldan azad olunacaq və igid oğullarımız bütünlüklə torpaqlarımızı işğaldan azad edəcəklər. Sağ-salamat evlərinə qayıdacaqlar. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların yeri cənnətdir". (Big.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top