Aslan İsmayılov: "Ön cəbhədə olanların ailələrində belə problemlər olmamalıdır"

GÜNDƏM 28 okt 2020, 13:10

"Bizim evimiz işıqsız, susuz, istiliksiz, çörəksiz ola bilər, ancaq ön cəbhədə olanların ailələrində belə problemlər olmamalıdır"


Buradan bir daha rayon İcra Başçılarına, Prokurorlarına, Polis İdarələrinin və yerli DTX şöbələrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin rəislərinə müraciət edirəm!


Bu gün ön cəbhədə şəhid olan, yaralanan, döyüşən və onlara kömək edənlərin ailələrinin evlərində kommunal xərclər və digər problemlər olmamalıdır. Hər rayondan cəbhə xəttində olanları bir-bir müəyyən edib onların bütün ailə, məişət problemləri həll edilməlidir. Mənə gələn məktublardan bəzi belə ailələrin kommunal və digər kimi problemlərinin olduğu bildirilir. Hələlik bunları adbaad açıqlamıram. Ancaq bir daha belə məktublar alsam həmin rayonların sadaladığım şəxslərinin şəkillərini yaymaqla adlarını açıqlayacam. Bir daha təkrar edirəm ki, bizim evimiz işıqsız, susuz, istiliksiz, çörəksiz ola bilər, ancaq ön cəbhədə olanların ailələrində belə problemələr olmamalıdır.

 

P.S. Ermənilər bizim ictimailəşdirdiyimiz hər problemi 10 qat şişirdib müxtəlif dillərdə yayırlar. Ona görə, indiki ərəfədə səbrlə davranmağa, problemlərin ictimailəşdirmədən həllinə çalışmalıyıq.


Aslan İsmayılov
Hüquqşünas


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top