Tramp vəd verdi: “Koronavirusdan müalicə bütün ABŞ vətəndaşları üçün pulsuz olacaq”

DÜNYA 28 okt 2020, 14:49

Koronavirusdan müalicə bütün ABŞ vətəndaşları üçün pulsuz olacaq.


“Vzqlyad”ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Viskonsində tərəfdarları qarşısında keçirilən mitinqdə bu barədə vəd verib.


Çıxış zamanı o, dərmanın heyrətamiz təsirini xatırladıb və bununla bağlı təəssüratlarını bölüşüb.


“Özümü çox yaxşı hiss etmirdim. Dərmanı qəbul edən günün səhəri yuxudan oyandım və bütün dünyanı fəth edə biləcəyimi hiss etdim. “Məni buradan çıxarın!” - dedim”.


Amerikalı lider xəstəxanada olduğu müddətdə istifadə edilən üsulların adi klinikalara tətbiq etmək üzərində işlədiyini əmin edib.


Beləliklə, ABŞ administrasiyası anticisimlərə əsaslanan dərmanları istehsal edən “Regeneron Pharmaceuticals” və “Eli Lilly and Company” preparatlarını ehtiyacı olanlar üçün pulsuz etməyi planlaşdırır.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top