"Neftçi"nin legioneri ilk dəfə milliyə çağırıldı

İDMAN 28 okt 2020, 08:43

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb.


"Report" Qvineya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, milliyə dəvət alan 22 futbolçu arasında "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane də var.


2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb.


Qeyd edək ki, Qvineya Çad millisi ilə 2 oyun (11-15 noyabr) keçirəcək.

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top