Astarada yaşayış binasında yanğın —sakinlər təxliyə edildi

HADİSƏ 27 okt 2020, 23:26

Astarada ikimərtəbəli yaşayış binasında yanğın baş verib.

 

Demokrat.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, hadisə zamanı binanın ikinci mərtəbəsində ümumi sahəsi 30 kv/m olan mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı tüstülənmiş mənzillərdən 10 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top