"Bərdədə yaralılardan 4-ü uşaqdır, 2 yaşlı qız da həlak olub" — Prezidentin köməkçisi

HADİSƏ 27 okt 2020, 19:37

“Bu gün saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə, Goranboy və Tərtər şəhərləri və onların ayrı-ayrı kəndləri “Smerç” raketlərindən istifadə olunaraq atəşə tutulub. Bərdəyə atılan raket nəticəsində 14 nəfər yaralanıb.

 

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin bugünkü brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 

 

Dövlət rəsmisi bildirib ki, yaralılardan 4-ü uşaqdır. Onların 9, 14, 15 yaşları civarındadırlar. Hikmət Hacıyev onu da bildirib ki, erməni terroru nəticəsində 2 yaşlı qız da həlak olub. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top