İranın Qarabağ münaqişəsinin həll üçün hazırladığı layihə təqdim olunacaq

SİYASƏT 27 okt 2020, 19:16

"İranın Dağlıq Qarabağ münaqişəsinin daimi həlli üçün hazırladığı layihə bu gün və ya sabah təqdim olunacaq".

 

Demokrat.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə deyib.

 

XİN başçısı bildirib ki, onun müavini Azərbaycan-Ermənistan münaqişə bölgəsinə baxış üçün Şərqi Azərbaycan əyalətinə səfər edib, Xudafərin səddinə baxış keçirir və o, daha sonra Bakı, Moskva, İrəvan və Ankaraya səfər edəcək.

 

Cavad Zərif qeyd edib ki, ölkə rəsmiləri tərəfindən təsdiqlənən layihə haqda Bakı, Moskva, İrəvan və Ankarada danışıqlar aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top