Ermənistanın Bərdəyə raket atması nəticəsində ölənlərdən biri 8 yaşlı qızdır

HADİSƏ 27 okt 2020, 17:54

Bu gün Ermənistan silahlı qüvvələrinin Bərdə rayonuna raket atması nəticəsində həlak olanlardan biri azyaşlıdır.


“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bu, 8 yaşlı İsgəndərova Aysu Rövşən qızıdır.


Qeyd edək ki, oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 10 nəfər ağır yaralanıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top