"Sən heç bir dəqiqə də “krışasız” dözə bilməzsən, kimə xox gəlirsən?"

GÜNDƏM 27 okt 2020, 17:29

Erməni mətbuatını oxuyuram, bir mövzu var - filan ölkə bizə xəyanət etdi, filan lider bizi qurban verdi, amma eybi yox, biz hər şeyi görürük.


Kim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib BMT-nın qərarlarının icrasına çağırırsa, ona qarşı dərhal media hücumlar başlayır ki, eybi yox, baxarsan!


Rusiyanı günahlandırır, Belarusa xox gəlir, Qazağıstanı hədələyir, İsraili hədəfə götürür, Pakistana bozarır ki, biz heç nəyi unutmayacayıq.


Ə zalım balası, sən guya unutmayıb nə edəcəksən ki ?


100 ildir sən qondarma qenosidi unutmursan, bütün dünyanın baş-beynini aparmısan, əvəzində nə qazanmısan?


Sən heç öz sərhədlərini özün qoruya bilmirsən, sən heç bir dəqiqə də “krışasız” dözə bilməzsən, sən kimə xox gəlirsən?


Dünya gülür sənə, ay yazzıx, hələ ki, bunu təbəssümünü gizlədərək edir, amma bizim tam Qələbəmizdən sonra sən açıq-aşkar lağlağı predmetinə çeviriləcəksən və heç bir diaspora sənin bu fiaskonu yamalaya bilməyəcək.


Sənin vətəndaşların əzilmiş və sınmış olacaq, iqtisadiyatın plintusu yuxarıda axtaracaq, ölkədə günü gündən genişlənən siyasi böhran səni uçuruma aparacaq, sən bir dövlət kimi artıq uğurlu gələcəyinə əlvida deyəcəksən.


Ən əsası isə, sənin riyakarlığın, sənin alçağlığın, sənin nankorluğun nəticəsində Ermənistan müstəqil və firavan dövlət olmaq şansını itirmiş oldu.


Tarix sənə bu şansı vermişdi, sən bu şansı istifadə edə bilmədin.


Və biz buna çox sevinirik...


Azər Qəribov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top