Azərbaycan XİN Pakistana başsağlığı verdi

SİYASƏT 27 okt 2020, 16:59

“Pakistanın Peşavar qəsəbəsindəki mədrəsələrə terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirib”.


Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində qeyd olunub.


“Qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir”, - bildirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top