Rəsmi Moskvadan Türkiyənin münaqişənin həllində iştirakına MÜNASİBƏT

DÜNYA 27 okt 2020, 16:53

“Hər hansı bir ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakını Azərbaycanla Ermənistan razılaşdırmalıdır”.


Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyənin Dağlıq Qarabağla bağlı danışıqların növbəti mərhələsində mümkün iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.


“Burada yalnız iki tərəfin yanaşması vacibdir, münaqişə tərəfləri - Azərbaycan və Ermənistanı nəzərdə tuturam. Bu və ya digər dövlətin həll prosesində iştirakına yalnız münaqişə tərəfləri razılıq verə bilər”,- deyə Peskov qeyd edib.(pravda.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top