Üç gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada öldü

HADİSƏ 27 okt 2020, 10:46

Oktyabrın 24-də Sumqayıt şəhəri Sülh küçəsində yolu keçmək istəyən 1939-cu il təvəllüdlü Əliyev Yusif Məhəmmədəli oğlunu avtomobil vurub.


Demokrat.az xəbər verir ki, ağır xəsarət alan 81 yaşlı kişi Bakıda xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Y.Əliyev bu gün vəfat edib. Meyit aidiyyəti üzrə təhvil verilib.


Faktla bağlı araşdırma aparılır.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top