Türkiyədə terror aktı: partlayış zamanı 3 nəfər yaralandı — FOTOLAR

DÜNYA 26 okt 2020, 23:11

Türkiyənin Hatay bölgəsində terrorçu zərərsizləşdirilən zaman partlayış olub.

 
Demokrat.az-ın Haberler.com-a istinadən məlumatına görə, hadisə Hatayın İsgəndərun rayonunda baş verib.

 

Hatay valisi verdiyi açıqlamada hadisəni törədən iki terrorçudan birinin tutularaq zərərsiz hala gətirilib. 

 

İlkin məlumata görə, insan itkisi yoxdur, lakin partlayış zamanı 3 nəfər yaralanıb. Onlardan birininin polis əməkdaşı olduğu deyilir. 

 

Bundan başqa, partlayış nəticəsində avtomobillərə, yaşayış binasına ziyan dəyib.

 

Hadisənin başvermə səbəbi barədə məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top