Poqba Makronun sözlərinə görə Fransa millisindən imtina etdi — İDDİA

İDMAN 26 okt 2020, 13:17

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Pol Poqba Fransa millisindən ayrılacağını açıqlayıb.


Bu barədə 195sports.com saytı xəbər yayıb.


27 yaşlı mərkəz yarımmüdafiəçisinin bu qərarına səbəb kimi Fransa Prezidenti Emmanuel Makronun cümə günü açıqladığı fikirlər göstərilir. Makron 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra açıqlamasında İslamın dəyişməli olduğunu bildirib və İslamı terror dini kimi səciyyələndirib.


Lakin nə Poqbadan, nə də Fransa Futbol Federasiyasından bu məsələ ilə bağlı şərh verilməyib.


Qeyd edək ki, Fransada doğulmuş Pol Poqbanın hər iki valideyni Qvineyadandır və müsəlmandır. Fransada İslam xristianlıqdan sonra sitayiş olunan ikinci din sayılır.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top