İzmirin mərkəzində Azərbaycan bayrağı dalğalanır — FOTO

SOSİAL 25 okt 2020, 23:56

Türkiyədə Azərbaycana qardaş dəstəyi davam edir. Bələdiyyələr, dövlət qurumları, ictimai təşkilatlar, özəl müəssisələr bu və ya digər formada ölkəmizə və xalqımıza qardaş sevgisini nümayiş etdirirlər. Ən böyük dəstək isə Azərbaycan bayrağına göstərilən ehtiramdır.

 

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, İzmirin Əliağa rayonunun mərkəzində nəhəng Azərbaycan bayrağının asılması da bu cür dəstək aksiyalarından biridir. Yerli sakinlər bunu böyük məhəbbətlə qarşılayıblar. İndi üçrəngli bayrağımızın dalğalandığı ərazi rayonun ən cəlbedici məkanlarından birinə çevrilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top