Ərdoğan: "İlham qardaşıma zəng edib deyirlər ki, yanınızda kimin olduğunu bilirik" (VİDEO)

SİYASƏT 25 okt 2020, 22:57

“Bu gün Türkiyə ən çox mühacir qəbul edən ölkədir. Milli gəlirinə görə ən çox pul xərcləyən ölkə də Türkiyədir. Buna görə peşmanlığımız yoxdur. Bu insanlara ən çətin zamanlarında qucaq açdığımıza görə qürurluyuq.


Suriyada təxminən 4 milyon insana sahib çıxdıq. İndi də orada kərpic evlər tikirik. İdlibdə evsiz qalan qardaşlarımızı ora yerləşdirmək yolundayıq. Qərbdən təşəkkür gözləyərkən sərhədlərimizə yaxın terror dəhlizinin yaradılması cəhdi ilə qarşılaşdıq. Şərqi Aralıq dənizində maneələrə məruz qaldıq. Qafqazda Azərbaycanın yanında olduğumuza görə bizi tənqid etdilər”.


Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında bidirib.


“Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir: “Biz sizin yanınızda kimin yer aldığını bilirik, Ərdoğan var, Türkiyə var. Biz Türkiyəyə də lazım gələrsə, sanksiya tətbiq edərik”.


Sən kiminlə oynadığının fərqində deyilsən. Sanksiya tətbiq etmək istəyirsənsə, et, gecikdirmə.


“F-35” üçün addım atdıq, bizi təhdid etdiniz. ““S-400”ləri Rusiyaya geri göndərin” dediniz. Biz qəbilə dövləti deyilik. Biz Türkiyəyik, Türkiyə!


Dünyanı yaşanmaz hala gətirən qüvvələr oyunlarını pozduğumuza, gerçək üzlərini ortaya çıxardığımıza görə bizi hədəf taxtasına qoyublar. Qoysunlar, dayanmaq olmaz, yola davam!, - deyə Ərdoğan sözlərinə əlavə edib. /Musavat.com

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top