Azərbaycanda rekord koronavirusa yoluxma: Yeddi nəfər öldü — FOTO

GÜNDƏM 25 okt 2020, 17:44

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, yeddi nəfər COVID-19-dan vəfat edib.


Aktiv xəstə sayı 8009 nəfərdir.


Ölkədə son sutka ərzində 10037, hazırkı dövrədək isə 1291534 test aparılıb.


Ümumi ölənlərin sayı 671 nəfərdir.


Ümumi yoluxanların sayı 49959 nəfər, ümumi sağalanların sayı 41279 nəfərdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top