Rusiyalı deputat evində güllələndi — FOTO

DÜNYA 25 okt 2020, 11:03

Rusiyanın Leninqrad vilayətində Vıborqski rayonundan bələdiyyə deputatı və biznesmen Aleksandr Petrov özünün bağ evində öldürülüb.


Bu barədə “47news” xəbər yayıb.


Bildirilir ki, naməlum şəxs oktyabrın 24-də, axşam saat 6 radələrində Petrovu güllələyib. 


Baş verənlərlə bağlı təfərrüat açıqlanmayıb.


Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi başladılıb.


Qeyd edilir ki, yerli media onu dəfələrlə Vıborqskinin qeyri-rəsmi sahibi adlandırıb. Petrov özü belə adlandırılmamağı tələb edib. Bundan sonra media iş adamını  #nexozyayin (qeyri-sahib) adlandırmağa başlayıb.(oxu.az)

 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top